Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Fernandes Duartenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Eləcə də bax: "Bu prezidentin sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyəsidir"
FED.az xəbər verir ki, Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov maliyyə inklüzivliyinin artırılması, konsolidasiya edilmiş risk əsaslı nəzarət modelinin tətbiqi, banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsi üzrə görülmüş işlərlə bağlı qonaqlara məlumat verib. Bununla yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsində alternativ maliyyə resurslarından istifadənin genişləndirilməsiilə bağlı da fikirlən səsləndirib.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte qeyri-işlək aktivlərin restrukturizasiyası sahəsində Palata tərəfindən göstərilən səylərin yüksək qiymətləndirildiyini və bu mövzuda AYİB-in ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğunu nəzərə çatdırıb.
Görüşün sonunda Palata ilə Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər istiqamətlər üzrə məsələlərə dair fikir mübadiləsi aparılıb.
AİB problemli kreditlər məsələsində dəstək vermək istəyir – PALATADA GÖRÜŞ
13:24
24 Dek 2018