Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü illik toplantısı işə başlayıb.
Eləcə də bax: ADB Azərbaycan üzrə iqtisadi proqnozu pisləşdirir - Yeni Proqnoz
FED.az xəbər verir ki, AİB-dən verilən məlumata görə, üzv ölkələrdən nazirlər, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin iştirak edəcəyi illik toplantıda COVID-19 pandemiyası ilə mübarizə, post-pandemiya dövründə iqtisadiyyatların bərpası zamanı yaranacaq çağırışların dəstəklənməsi, daxili resursların səfərbər edilməsi ilə davamlı inkişafa nail olmaq, eləcə də Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək iqtisadi, maliyyə, sosial proqramlar və digər məsələlər müzakirə olunacaq toplantı 2 gün davam edəcək.
Bu gün Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının "Çıxarılan nəticələr və inkişaf yolu" mövzusunda iclası keçiriləcək. İclasda Azərbaycanın Maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov, Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin iştirakı nəzərdə tutulub.
Növbəti gün isə AİB-in Rəhbərlər Şurasının üzvləri biznes sessiya və seminar çərçivələrində toplantıda iştirak edəcəklər. (Apa)