Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycanda istehlak qiymətlərinin artımının 3,5% təşkil edəcəyi gözlənilir. Halbuki bundan öncə bankın gözləntiləri 3,2% səviyyəsində idi.
Eləcə də bax: Azərbaycanın AİB-ə borcu - Açıqlanıb
FED.az xəbər verir ki, AİB-in "Asian Development Outlook (ADO) 2021: Financing a Green and Inclusive Recovery" adlı yeni dərc olunmuş hesabatına görə, sözügedən artım dizel və benzin qiymətlərinin müvafiq olaraq 33% və 10% artmasını əks etdirəcək. 2022-ci ildə gözlənilən ərzaq qiymətlərinin azalması isə gələn il inflyasiyanı 3%-dək yavaşladacağı proqnozlaşdırılır.
Bankın hesabatında həmçinin qeyd edilir ki, ölkədə kommunal tariflərin artacağı təqdirdə inflyasiyanın səviyyəsi proqnozlaşdırılandan da yuxarı ola bilər. Lakin manatın idarə olunan məzənnəsi idxal qiymətlərinin inflyasiyaya təsirini məhdudlaşdıracaq. (Apa)