Azərbaycan Hökuməti, Avropa İttifaqı və Dünya Bankı Azərbaycanda 5,25 milyon avroluq layihənin icrasını nəzərdən keçiriblər.
Dünya Bankı: "Azərbaycan yuxarı orta gəlirli ölkə səviyyəsinə çatıb"
FED.az xəbər verir ki, bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Avropa Ittifaqı (Al) və Dünya Bankı (DB) hökumət, inkişaf təşkilatları, vətəndaş cəmiyyəti, elm müəssisələri və medianı təmsil edən tərəfdaş və həmkarlarla birlikdə Azərbaycan Çevik Texniki Yardım Alətinin (AZTAF) icrasını nəzərdən keçirmək məqsədilə toplantı keçiriblər. AZTAF Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan ümumi büdcəsi 5,25 milyon avro olan üç illik proqramdır. Onun məqsədi Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərinə uyğun olaraq Azərbaycan Hökumətinə sosial inklüzivliyi və bağlantıları genişləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlet sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-dan sonra effektiv iqtisadi berpaya nail olmağa kömək etmək üçün analitik dəstək və potensialın yaradılmasını təmin etməkdir.
AZTAF proqramı Al-nin dörd Tərəfdaşlıq Prioritetina - i) institutların gücləndirilməsi və yaxşı dövlət idarəçiliyi, ii) iqtisadi inkişaf və bazar imkanları, iii) rəqəmsal bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlimlə bağlı tədbirlər, iv) mobillik və insanlararası temaslara uyğun olaraq, silsilə proqrammatik və ünvanlı texniki yardım fəaliyyətlərini əhatə edir.
AZTAF inklüziv inkişaf, dövlət və korporativ idarəetmə, yaşıl ətraf mühit və davamlı inkişaf, insan kapitalının inkişafı və sosial inklüzivlik kimi sahələrdə Dünya Bankı Qrupunun davamlı və uzunmüddətli fəaliyyətinə əsaslanan doqquz texniki yardım fəaliyyətinə malikdir.
"Dünya Bankı Qrupu hazırda ölkənin strateji məqsəd və prioritetlərinə, və Azərbaycan 2030 baxışına uyğunlaşdırılacaq Azərbaycan üçün yeni Ölkə Tərəfdaşlıq Çerçivesini hazırlamağa başlayır. Biz gözləyirik ki, AZTAF-in uğurla həyata keçirilməsi təkcə əhali üçün dərhal fayda verməyəcək, həm de ölkə proqramımıza daxil ediləcək yeni layihə və təşəbbüslər üçün möhkəm analitik baza va innovasiya mənbəyi yaratmağa kömək edəcək", - deyə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib.
Bu toplantı AZTAF proqramının icrasını və təsirini müzakirə etmək, hər bir fəaliyyətin təfərrüatları ilə bağlı maraqlı tərəflər və daha geniş ictimaiyyətə məlumat vermək üçün ictimai tədbirlər silsiləsində birincisidir və ölkədə həyata keçirilən digər təşəbbüslərlə güclü sinerji və qarşılıqlı öyrənməni təmin edəcək.
"Avropa İttifaqı öz nou-haularını, resurslarını ve müqəddəratlarını tədricən birləşdirməyə qərar verən 27 Üzv Ölkədən ibarətdir. Onlar birlikdə 60 ildən artıq genişlənmə dövründə mədəni müxtəlifliyi, tolerantlığı və şəxsi azadlıqları qoruyub saxlamaqla sabitlik, demokratiya və davamlı inkişaf zonası qurmuşlar. Avropa İttifaqı öz nailiyyətlərini və dəyərlərini onun hüdudlarından kənarda olan ölkələr və xalqlarla bölüşməyə sadiqdir".
189 üzv ölkəsi və 130-dan çox ölkədə ofisləri olan Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması və ümumi rifahın qurulması üçün çalışan unikal qlobal tərəfdaşlıqdır. 2022- ci ildə Azerbaycanın Dünya Bankına üzvlüyünün 30 illiyi tamam olur. 1992-ci ilden Dünya Bankı ölkədə insan kapitalının gücləndirilməsi, infrastruktur, ictimai xidmətlər və iş yerlərinə əlçatnalığın yaxşılaşdırılması, kənd təsərrüfatının rəqabət qabiliyyəti və kənd yerlərinin inkişafına investisiyaların yatırılması və məcburi köçkünlərin iqtisadi imkanlarının dəstəklənməsi də daxil olmaqla bir çox milli İnkişaf prioritetlərini əhatə edən, ümumi öhdəlikləri 4,4 milyard dollar olan 50-dən çox layihəni maliyyələşdirib. (Trend)