Avropa İttifaqı (Aİ) Rusiyaya avro əskinasları satmağı, tədarük etməyi, keçirməyi və daşımağı, yaxud Rusiya ərazisində istifadə edilməsi üçün fiziki və hüquqi şəxslərə, təşkilatlara və ya dövlət orqanlarına, o cümlədən Rusiya hökumətinə və Mərkəzi Bankına göndərməyi qadağan edib.
Eləcə də bax: Aİ Rusiyanın 7 bankını - SWIFT-dən AYIRIR
FED.az xəbər verir ki, qərara görə məhdudiyyətlər martın 12-dən etibarən qüvvəyə minəcək.
Xatırladaq ki, Qərbin sanksiyaları fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı elan etdiyi hərbi əməliyyatlar fonunda tətbiq edilir. (Report)