Aİ və Aİ ölkələri Azərbaycanda minatəmizləməyə dəstək verən ən böyük beynəlxalq donorlardandır.
FED.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Twitter" hesabında bildirib.
"Beynəlxalq Mina Xəbərdarlığı və Minalarla Mübarizə üzrə Yardım Günüdür. Biz bütün dünyada, həmçinin Azərbaycanda mina qurbanlarına görə kədərlənirik. Aİ və Aİ-yə üzv dövlətlər təxminən 8 milyon avro ilə Azərbaycanda minaların təmizlənməsinə yardım edən ən böyük beynəlxalq donorlardır. Biz minatəmizləmə üçün bu dəstəyi davam etdirəcəyik, o cümlədən ekspert məsləhətləri, münaqişədən zərər çəkmiş əhaliyə yardım göstərmək, reabilitasiya və yenidənqurma işləri aparacağıq. Aİ regionda davamlı sülhün qurulmasına qətiyyətlə sadiqdir", Aİ diplomatı vurğulayıb. (Apa)