“Azəraqrartikinti” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 22,779 mln. manat təşkil edib.
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 74,1% çoxdur.
2017-ci ildə səhmdar cəmiyyətin öhdəlikləri 53,1% artaraq 18,17 mln. manata, cəmi kapitalı isə 3,8 dəfə artaraq 4,609 mln. manata çatıb.
Ötən il “Azəraqrartikinti”nin əsas əməliyyat gəliri 75,326 mln. manat (əvvəlki ilə nisbətən 49,4% çox), satışının maya dəyəri 73,701 mln. manat (49,2% çox) təşkil edib. Son nəticədə şirkətin əməliyyat mənfəəti 1,625 mln. manat olub.
2017-ci ildə səhmdar cəmiyyət 325 min manat mənfəət vergisi ödəyib və ili 1,3 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 61,2% çoxdur.
Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Şirkət bir sıra dövlət sifarişlərində icraçı olub.