Ağ Şəhərdə layihəsində satılan mənzillərin qiyməti məlum olub. Bu barədə Fins.az-a layihədəki yaşayış kompleksindən bildirilib. Məlumata görə, Ağ şəhərdə təmirli mənzil satılması tendensiyası yoxdur. Çünki müştəri kontingenti orta və yuxarı təbəqədir. Belə müştərilərin təmir zövqünü müəyyən etmək isə çox çətindir:“Normal halda bütün şirkətlər çalışır ki, mənzilləri təmirsiz satsın”.
Bildirilib ki, Ağ Şəhərdə kv.m üzrə qiymətlər 1400-3000 manat arasında dəyişir. Bəzi yaşayış komplekslərində isə təmirsiz mənzillər üzrə qiymətlər 1850 manatdan başlayır. Mənzillərin ölçüləri isə 126 kv.m-dən 302 kv.m-ə kimi dəyişir. Başqa sözlə, böyük mənzillər yarım milyon manatdan bahadır: “Kv.m-i 2200 manatdan hesablasaq, 302 kv.m-lik evin qiyməti 664 min manat təşkil edir və bu yaşayış kompleksində ən bahalı evdir”.
©fins.az
Ağ Şəhərdə evlər neçəyədir? - QIYMƏT
16:31
2 Noy 2017