Birləşmiş Millətlər Təşkilatı (BMT) Afrika ölkələrinin ümumi borcunun 1 trilyon dolları keçdiyini açıqlayıb.
FED.az xəbər verir ki, Afrikanın hər 3 ölkəsi yüksək dövlət borcu və maliyyə çətinlikləri ilə üzləşib.
Ümumilikdə «IFF Global debt monitor» xidmətinin hesablamasına görə, 2024-cü ilin 1-ci rübünün sonuna dünyadakı bütün ölkələrin ümumi borcu 91,4 trilyon dollar təşkil edir.