Martın 30-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AG Bank" ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Xaçmaz rayonu, Dalğalı qəsəbəsindəki 0,1 hektarlıq torpaq sahəsindən gedir. Əmlakın satışı üçün martın 2-də nəzərdə tutulmuş hərrac baş tutmadığından onun qiyməti 15% azaldılaraq 45 min manatdan 38,25 min manata endirilib. (Report)