Oktyabrın 26-da Silikon Vadisinin əsas şirkətlərinin səhmlərinin qiyməti kəskin ucuzlaşıb. FED.az bildirir ki, ABŞ-ın və dünyanın məşhur texnoloji biznes mərkəzi sayılan Silikon Vadisinə daxil olan şirkətlərin səhmləri birjalarda kəskin ucuzlaşmaya məruz qalıb.
Belə ki, ABŞ-ın interneti ticarət nəhəngi olan «Amazon» şirkətinin səhmləri 9,13% ucuzlaşıb. Buna şirkətin 3-cü rüblük hesabatının açıqlanması olub. Hesabata görə, şirkətin mənfəəti gözləniləndən çox artsa da, gəlirləri azalıb.
Eləcə də xəbər verilir ki, «Facebook»un səhmləri 4,09%, «Alphabet Inc.»in səhmləri («Google»nin sahibi) — 4,56%, «Microsoft»un səhmləri 2,8%, «Apple»nin səhmləri 2,57% azalıb.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
ABŞ-ın məşhur şirkətlərinin səhmləri - KƏSKİN DÜŞDÜ
13:36
27 Okt 2018