ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz artırıb.
FED.az xəbər verir ki, bununla da uçot faiz dərəcəsi 4,50-dən 4,75 faizə çatdırılıb.
Bildirilib ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) bütün üzvləri uçot dərəcəsinin artırılması barədə qərarı dəstəkləyiblər.
Qeyd edilib ki faiz dərəcəsinni artırılmasının səbəbi inflyasiyanı 2%-ə endirməkdir.
Eyni zamanda, FED sədri Jerome Powell, ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini daha da artıracağı ehtimalının olduğunu da bildirib.
Qeyd edək ki, 2022-ci ildə FED uçot dərəcəsini yeddi dəfə artırıb.