ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla da, uçot faiz dərəcəsi 3-3,25 faizə çatdırılıb.
Qeyd edək ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri bu ilin sonuna qədər uçot dərəcəsinin daha da artıracağını gözləyirlər.
FED rəsmilərinin bu il üçün faizlərin 4,4%, 2023-cü ilin sonu üçün isə 4,6 faiz olacağını gözləyirlər, Bu gözlənti, göstərir ki, noyabr iclasında da 75 əsas bəndlik faiz artımı baş verəcək.
Faiz qərarı ilə yanaşı, FED-in iqtisadi məlumatlarla bağlı proqnozları da dərc edilib. Buna görə, FEDin izlədiyi inflyasiya göstəricisi olan 2022-ci il üçün 5,2 faizdən 5,4 faizə yüksəldi. 2023-cü il gözləntiləri də 2,6 faizdən 2,8 faizə yüksəldilib.