ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumata görə ölkənin dövlət borcu tarixdə ilk dəfə 35 trilyon dolları keçib.
Afrika ölkələri ABŞ dollarına inamını itirərək aktiv şəkildə qızıl alırlar
FED.az xəbər verir ki, Konqresin Büdcə Ofisi ölkənin dövlət borcunun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini proqnozlaşdırır.
Konqresin Büdcə Ofisi ölkənin milli borcunun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini və ölkənin ÜDM-nin 122%-dən çoxunu təşkil edəcəyini proqnozlaşdırır. Ofisin hesablamalarına görə, 2029-2034-cü illərdə ABŞ-da ÜDM-nin orta illik artımı 1,8% təşkil edəcək.
2023-cü ildə ölkənin dövlət borcu 4 trilyon dollardan çox artıb. Bayden 3 iyun 2023-cü ildə Konqres tərəfindən milli borc tavanını artırmaq üçün daha əvvəl təsdiqlənmiş qanun layihəsini imzalamışdı. (Apa)