Həftənin son iş günü ABŞ dolları indeksi, Federal Ehtiyat Sisteminin faiz artımının daha aqressiv şəkildə həyata keçirəcəyi siqnalları ilə son iki ildə ilk dəfə olaraq 100 bəndi ötüb.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 17:40 radələrində 0.405 bənd, yaxud 0.41% artımla 100.165 bəndə yüksəlib. Bu da 2020-ci ilin yayından bu tərəfə maksimal zirvədir.
Dollar son bir ayda rəqiblər səbətində, xüsusən də Ukraynadakı müharibənin və Fransada seçkilərin nəticələri ilə bağlı dəyər qazanır. Belə ki, Avrozonanın yaxın sərhədlərindəki müharibə və Fransadakı La Pennin qalib ola bilmə şansları avro üçün çox əhəmiyyət daşıyır. Qatı milliyətçi La Pen Avrozonanı bəyənməyən bir liderdir.
ABŞ-dakı sürətli inflyasiyanı cilovlamaq üçün uçot faiz artımlarının daha sürətli tempinə çağıran bir neçə Federal Ehtiyat təmsilçisinin açıq ifadələri ilə dəstəklənən indeks bu həftə 1.3% artıb. Bu da bir ayda ən böyük artım olacaq.
FED-in mart ayı iclasının protokollarının bu həftə açıqlanması “bir çox” iştirakçının gələcək aylarda faiz dərəcələrini 50 baza bəndi (0.5%) artırılması ehtimalını yüksəldir.
EUR/USD cütlüyündə 0.34% enişlə 1.0841-ə, USD/GBP-də 0.65% enişlə 1.2985 səviyyəsinə düşdüyü halda, USD/JPY cütlüyündə 0.53% artımla 124.56-ə, USD/CHF-də isə 0.31% artımla 0.9367 səviyyəsinə qalxıb.
Avropa Mərkəzi Bankının cümə axşamı dərc olunmuş iclas protokolları onun siyasətçilərinin inflyasiya ilə mübarizə aparmaqda maraqlı olduqlarını irəli sürdü, lakin bunu da deməliyik ki Avrozona indiyə qədər avronu zəiflədərək digər mərkəzi banklara nisbətən daha ehtiyatlı addım atıb.
Fransada prezident Emmanuel Makron və ifrat sağçı namizəd Marine Le Pen arasında gərginləşən seçki yarışı avroya təzyiqi artıraraq, Avrozonanın ikinci ən böyük iqtisadiyyatının gələcək istiqaməti ilə bağlı investorların narahatlığını artırdı, baxmayaraq ki, Makron seçkilərdə hələ də irəlidədir.