Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Rizə, MÜSİAD Azərbaycan həmtəsisçisi və qurumun sabiq idarə heyətinin sabiq sədri Abdurrahman Uzun bu gün keçirilən MÜSİAD Ümumi Yığıncağında "MÜSİAD Vitse-Prezident" vəzifəsinə təyin edilib.
SOCAR-ın Bolqarıstanda yeni açılan ofisinə rəhbər - TƏYİN OLUNUB
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a MÜSİAD Azərbaycandan məlumat verilib.
A. Uzun, 2008-2018-ci illərdə MÜSİAD-ın Azərbaycandakı nümayəndəsi olub və 2018-ci ildən, (MÜSİAD Azərbaycanın qurulduğu ildən) 2021-ci ilə qədər qurumun Azərbaycanın idarə heyətinin sədri vəzifəsini icra edib.
A.Uzun bu gün aldığı təyinatla MÜSİAD Ticarət ofisi və ixracatın inkişaf etdirilməsi komissiya rəhbərləri ona bağlı olaraq fəaliyətlərini davam etdirəcəklər.
A.Uzun eyni zamanda Azərbaycan və Türkiyədə fəaliyyət göstərən “Zivella” mebel şirkətinin rəhbəri olmaqla yanaşı, İstanbul Sənaye Palatasının üzvüdür.
Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. (Trend)