Azərbaycan və Qazaxıstan arasında maliyyə sahəsində yeni əməkdaşlıq başlayır.
FED.az xəbər verir ki, bu gün Bakıda keçirilən “FINTEX Summit 2025” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə ABA-nın prezidenti Zakir Nuriyev və Qazaxıstan Maliyyəçilər Assosiasiyası Şurasının sədri Yelena Baxmutova imza atıblar.
Memorandumun əsas məqsədi iki ölkə arasında kredit məlumatlarının idarə olunması və praktiki biliklərin paylaşılması sahəsində ortaq layihələrin icrasını təmin etmək, eləcə də maliyyə qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.