“Türkiyənin milli valyutası – lirənin son vaxtlar kəskin ucuzlaşması Azərbaycanın maliyyə sektoruna təsir etmir”.
Eləcə də bax: Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına - Necə Təsir Edəcək?
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.
“Şübhəsiz ki, Türkiyə bizim böyük ticarət tərəfdaşlarımızdan biridir, lakin bu gün həm lirənin, həm də digər qonşu ölkələrin milli valyutalarının ucuzlaşmasının maliyyə sektorumuza təsiri müşahidə edilmir”, - deyə o, qeyd edib.