Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 750 milyon ABŞ dolları gəlir əldə edib.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,45% çoxdur:
"Bir çox hallarda kapital və maliyyə hərəkəti balansını müzakirə edəndə deyirik ki, portfel investisiya üzrə aktivlərimiz artıb. Bu, kapital və maliyyənin hərəkəti balansında mənfi ilə düşsə də, növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatına ilkin gəlirlər balansı vasitəsilə kifayət qədər, vəsait gətirir. Bu, faiz gəlirləridir", - Samir Nəsirov qeyd edib.










