Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 5,9 %-i qadın sahibkarların payına düşüb.
SİF: Kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarların payı 97,1 təşkil edib
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə 327 qadın sahibkarın layihələrinə 9,9 milyon manat güzəştli kredit ayrılıb.
Bundan başqa, 9 ay ərzində Fondun xətti ilə 123 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 4,6 milyon manat güzəştli kredit ayrılıb.
Hesabat dövründə Fond ümumilikdə 4 116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verib.