2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycanın kredit təşkilatları tərəfindən 395,8 milyon manatlıq səhmlər emissiya edilib.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, 9 ay ərzində kredit təşkilatlarının səhm emissiyaları üzrə 11 dövlət qeydiyyatı aparılıb. Qeydiyyatların cəmi məbləği 395,8 milyon manatdır.
Eləcə də bax: Azərbaycanın dövlət bankları kredit qoyuluşunda - PAYINI ARTIRIB
9 ay ərzində sığorta şirkətlərinin 80 milyon manatlıq 6 səhm emissiyası dövlət qeydiyyatına alınıb.
Digər təşkilatlar 72 səhm emissiyası həyata keçiriblər. Bu emissiyaların cəmi məbləği 836,9 milyon manatdır.
Ümumilikdə 9 ay ərzində Palata tərəfindən 1 milyard 312 milyon manatlıq 89 səhm buraxılışı dövlət qeydiyyatına alınıb.