“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində “Siti Keyterinq Qarabağ” MMC-yə “Şuşa Qala” restoranı layihəsi üzrə ayrılan 800 min manat kreditin 90 faizədək hissəsi Sahibkarlığın İnkişafı Fondu tərəfindən dövlət zəmanəti ilə təmin edilib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti - FƏALİYYƏTƏ BAŞLADI!
Fonddan FED.az-a verilən məlumata görə, kreditin illik faiz dərəcəsinin 10 faiz bəndinin 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılmasına başlanılıb.
Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizm üzrə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısınadək olmaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir