Bu bayramda yaşından asılı olmayaraq, hər bir xanım özünü digər günlərdən daha xoşbəxt hiss edir. 8 Martda xanımları sürprizləri ilə sevindirən daha çox kişilər olsa da, bu gündə qadınlar da bir-birinə xüsusi hədiyyələr bağışlayır.
Baku TV-nin əməkdaşları 8 Mart qabağı qiymətlərin necə olduğunu öyrənmək üçün paytaxtın bir neçə ərazisində yerləşən gül və hədiyyə mağazalarına üz tutub. Bayramda daha çox alınan hədiyyələr, əsasən, qızıl güllər, müxtəlif suvenirlərdir ki, hər birinin qiyməti fərqlidir.