ABŞ Konqresinin Senatı namizədliyi Prezident Co Bayden tərəfindən irəli sürülmüş Canet Yellenin ölkənin Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib.
Eləcə də bax: Baydenin seçki kampaniyasına xərclədiyi məbləğ - Açıqlanıb
FED.az xəbər verir ki, səsvermə ölkənin qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb.
ABŞ-ın ilk qadın maliyyə naziri olacaq 74 yaşlı Yellen yaxın vaxtlarda and içəcək.
Qeyd edək ki, 2014-cü ildə o, ölkənin Mərkəzi Bankı funksiyasını yerinə yetirən ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsində ilk qadın olmuşdu.(Qafqazinfo)