Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il yanvarın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 9-da müsbət, 7-də isə mənfi dinamika müşahidə edilib.
FED.az xəbər verir ki, Mərkəzi Bankdakı vəsaitlərini azaltmış banklar "Muğan Bank", "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Azərbaycan Sənaye Bankı", "Nikoyl Bank", "Günay Bank" və "Access Bank"dır. Ən çox azalma "Günay Bank"da (78,4%), ən az azalma isə "Muğan Bank"da (3,5%) qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda bu şəxslərin ölkədən çıxışına qadağa - ARADAN QALXACAQ
İl ərzində Mərkəzi Bankdakı vəsaitləri artmış 9 bank arasında isə ən yüksək dinamika "AFB Bank"da (3,2 dəfə), ən aşağı dinamika isə Pakistan Milli Bankının Bakı filialında (16,9%) baş verib.
Mərkəzi Bankdakı vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.