2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda bankların biznes kreditləri portfeli 7,1% - 11 milyard 622,7 milyon manata qədər artıb.
Azərbaycanda son bir ayda biznes kreditlərinin - HƏCMİ AZALIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
İyulun 31-nə dövlət fondları hesabına maliyyələşdirilən biznes kreditləri portfeli 976,8 milyon manat məbləğində (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 7,2% - İF) qiymətləndirilir.
Biznes kreditlərinin strukturunda 5 milyard 308 milyon manat iri biznesin, 2 milyard 444,3 milyon manat orta biznesin, 1 milyard 662,8 milyon manat kiçik biznesin, 2 milyard 207,5 milyon manat isə mikro biznesin payına düşür.
AMB-nin məlumatına görə, iyulun sonuna biznes kreditlərinin strukturunda qeyri-işlək kreditlərin həcmi 480,4 milyon manat məbləğində (portfelin 4,1%-i) qiymətləndirilir. 2022-ci ilin sonuna bu göstərici 507,3 milyon manat (4,7%) təşkil edib. (İnterfaks-Azərbaycan)