Bu gün aprelin 22-dən etibarən problemli kreditlərə görə kompensasiyalar verilməsinə başlanıb. FED.az xəbər verir ki, kompensasiyanın məbləği 500 manatdan aşağı olanlar pulu «Azərpoçt»dan alırlar.
Təşkilatdan verilən məlumata görə, belə vətəndaşlar təşkilatın saytına baxaraq kompensasiyanı hansı şöbədən alacaqlarını öyrənə bilərlər. Qaydaya görə, kompensasiyalar «Azərpoçt»un bütün 1 497 şöbəsindən verilir.
Mayın 1-dən isə «Azərpoçt» məbləği 500 manatdan artıq olan kompensasiyaların verilməsinə də başlayacaq. Həmin pullar büün şöbələrdən deyil, «Azərpoçt»un 77 şöbəsindən veriləcək. Bunun üçün vətəndaşların pulları keçiriləcək kartlar buraxılıb.
Qeyd edək ki, «Azərpoçt» problemli kreditlərə görə, ümumilikdə 121 min nəfərə kompensasiya verəcək, bunlarjan 77 min nəfərin kompensasiyası 500 manatadək olanlardır.
44 min nəfərin kompensasiyasının məbləği isə 500 manatdan artıqdır.
Eləcə də bax: İqtisadçı problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına - AYDINLIQ GƏTİRDİ