2024-cü ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 16 milyard 940,6 milyon manat proqnoza qarşı 18 milyard 842,9 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 1902,3 milyon manat və ya 11,2%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 21,7% və ya 3 milyard 363 milyon manat çoxdur.
18,8 milyard manat qazanılıb, 16 milyard manat xərclənilib
Bu barədə FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin daxilolmalarının 8282,4 milyon manatı və ya 44 faizi vergi daxilolmalarının, 6390,5 milyon manatı və ya 33,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin, 3252,2 milyon manatı və ya 17,3 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 250 milyon manatı və ya 1,3 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmalarının, 241,5 milyon manatı və ya 1,3 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının, 17,8 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 408,5 milyon manatı və ya 2,2 faizi sair daxilolmaların payına düşüb.