2022-ci ilin yanvar-aprel aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 13,8% - 10 milyard 515,4 milyon manatadək artıb.
Eləcə də bax: Azərbaycanda bank kartlarının sayı - 2 MİLYON ARTIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Apreldə əhalinin bank əmanətləri 143,4 milyon manat və ya 1,4% artıb.
4 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 10% - 4 milyard 167,9 milyon manatadək və ya bütün əmanətlərin 39,6%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). Apreldə əhalinin xarici valyutada bank əmanətləri 5% və ya 219,2 milyon manat azalıb.
Yanvar-aprel aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 16,4% - 6 milyard 347,5 milyon manatadək (bütün əmanətlərin 60,4%-i) artıb. Aprel ayında milli valyutada əmanətlərin həcmi 6% və ya 362,6 milyon manat artıb.
Rezidentlərin bank əmanətlərinin həcmi 9 milyard 765,2 milyon manat, qeyri-rezidentlərin – 750,2 milyon manat təşkil edir. Yanvar-aprel aylarında rezidentlərin əmanətlərinin həcmi 9,2%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,4 dəfə artıb. Aprel ayında rezidentlərin əmanətlərinin həcmi 1,2%, qeyri-rezidentlərin 3,8% artıb.
2022-ci il aprelin 30-na banklarda əmanət və depozitlərin həcmi 30 milyard 890,4 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 6,4% çoxdur. Apreldə banklarda əmanət və depozitlərin həcmi 1,2% artıb. (İnterfaks- Azərbaycan)