Bu ilin yanvar-iyun ayları ərzində Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən 225 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 6,7 milyon manat güzəştli kredit verilib.
SİF: Kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarların payı 97,1 təşkil edib
FED.az xəbər verir ki, fondun məlumatına görə, hesabat dövründə 82 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 3 milyon manat güzəştli kredit əldə edib.
Xatırladaq ki, cari ilin ilk 6 ayı ərzində sahibkarların 2744 layihəsinin maliyyələşdirilməsinə 102,7 milyon manat güzəştli kredit verilib. Kreditlər hesabına 1556 yeni iş yerinin yaradılması nəzərdə tutulur.