2027-ci ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 min 153.2 manata çatacaq.
Maliyyə Nazirliyi 1,1 milyard manatdan çox kəsiri olan büdcə haqqında məlumatları - AÇIQLADI
FED.az Maliyyə Nazirliyinin saytında dərc olunan 024-2027-ci illər üçün büdcə proqnozlarına istinadən məlumat verir ki, hökumətin qiymətləndirmələrinə görə, ortamüddətli dövrdə manatın dollara nisbətən məzənnəsi 1.7AZN/$1 səviyyəsində qalacaq.
Proqnozlara əsasən, 2023-cü ilin yekunları üzrə orta əməkhaqqı 930 manat səviyysində gözlənilir.
Beləliklə, 2027-ci ildə orta aylıq nominal əməkhaqqının artımı cari illə müqayisədə 24% təşkil edəcək.
2024-cü il üçün orta aylıq əməkhaqqı 980 manat, 2025-ci ildə - 1038 manat, 2026-cı ildə - 1095,4 manat səviyyəsində proqnozlaşdırılır.
Proqnozlara əsasən, 2023-2027-ci illərdə Azərbaycanda əhalinin nominal pul gəlirləri artacaq.
Xüsusilə, 2023-cü ilin yekunları üzrə pul gəlirləri 77,6 milyard manat , 2024-cü ildə - 84,1 milyard manat, 2025-ci ildə – 91 milyard manat, 2026-cı ildə – 98,2 milyard manat, 2027-ci ildə - 106 milyard manat təşkil edəcək. Beləliklə, 2023-2027-ci illərdə pul gəlirlərinin artımı 36,6% təşkil edəcək.
Proqnozlara əsasən, 2023-cü ilin yekunları üzrə əhalinin nominal pul xərcləri 74,9 milyard manat , 2024-cü ildə - 81,4 milyard manat, 2025-ci ildə – 88,1 milyard manat, 2026-cı ildə – 95,1 milyard manat, 2027-ci ildə – 102,6 milyard manat təşkil edəcək. Beləliklə, 2023-2027-cü illərdə xərclərin artımı 37% səviyyəsində qiymətləndirilir.