2024-2026-cı illər üzrə dövlət borcu ilə bağlı göstəricilər açıqlanıb.
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ilin sonunda 27 milyard 380.2 milyon manat təşkil etmiş dövlət borcunun, 2025-ci ilin sonunda 29 milyard 4 milyon manata, 2026-cı ilin sonunda isə 30 milyard 528.9 milyon manata çatacağı proqnozlaşdırılıb.
Xarici birbaşa dövlət borclanmasının 2025-ci ildə 1 milyard 623.8 milyon manat, 2026-cıildə 1 milyard 524.9 milyon manat olması nəzərdə tutulub.