Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübündə 1,5 milyard dollar həcmində xaricdən birbaşa investisiyalar cəlb edilib.
2024-cü ilin I rübündə Azərbaycana ən çox investisiya yatıran ölkələr açıqlandı - SİYAHI, MƏBLƏĞLƏR
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ölkəmizə ən çox investisiya yönədən ölkələr Birləşmiş Krallıq, Türkiyə və Kipr olmasına bxamayaraq hər üç ölkədən edilən investisiyaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə azalıb.
Yatırımlarının həcmini ən çox artıran dövlət isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. Zəngin neft ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübü ərzində 190 milyon 686 min dollar investisiya yatırıb.
Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə başqa sözlə 136 milyon 343 min dolları qədər çoxdur.
İkinci sırada Avstriya gəlir. Avstriyadan ölkəmizə 2023-cü ilin birinci rübü ərzində cəmi 6 milyon 520 min dollar investisiya daxil olmuşdusa, bu ilin eyni dövründə bu rəqəm 4,1 dəfə artaraq 27 milyon 162 min dollara çatıb.
Avropanın zəngin ölkələrindən olan İsveçrə bu ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatına 12 milyon 628 min manat sərmayə edib. Keçən illə müqayisədə sərmayənin həcmi 4,3 dəfə və ya 9 milyon 757 min dollar artıb.
Keçən ilin göstəricilərinə görə bu il investisiya qoyuluşunun həcmində artımlar olan ölkələr haqqında daha detallı :
№ |
Dövlətlərin adı |
1 rüb 2023-cü il (min dollar) |
1 rüb 2024-cü il (min dollar) |
Artım (min dollar) |
1 |
Birləşmiş Ərəb Əmirlikləri |
54 343 |
190 686 |
136 343 |
2 |
Avstriya |
6 520 |
27 162 |
20 642 |
3 |
İsveçrə |
2 871 |
12 628 |
9 757 |
4 |
Rusiya Federasiyası |
51 240 |
55 546 |
4 306 |
5 |
Gürcüstan |
6 114 |
9 183 |
3 069 |
6 |
İtaliya |
40 |
2 066 |
2 026 |
7 |
Lüksemburq |
600 |
2 376 |
1 776 |
8 |
Latviya |
576 |
1 418 |
842 |
9 |
Litva |
19 |
542 |
523 |
10 |
Finlandiya |
158 |
627 |
469 |
11 |
Bolqarıstan |
362 |
488 |
126 |