2024-cü il dövlət büdcəsinə dəyişiklik edilməsinin səbəbləri açıqlanıb.
Dövlət büdcəsinə dəyişiklik ediləcək – NEFT 75 DOLLAR, VERGİ VƏ GÖMRÜK PLANI ARTACAQ
FED.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklikliyin müzakirə zaman məlumat verib.
Nazir bildirib ki, yenidən baxılmasının səbəbləri
- Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması,
- ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi,
- ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır.