2023-cü ildə Azərbaycan ərazisinə malların idxalına görə gömrük rüsumları üzrə proqnoz açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulur.
Layihəyə əsasən 2023-cü ildə ölkə ərazisinə malların idxalına 1 milyard 332 milyon manat gömrük rüsumunun toplanması nəzərdə tutulur.
Xatırladaq ki, 2022-ci ildə bu vergi üzrə plan 1 milyard 300 milyon manat idi.
Başqa sözlə, gömrük rüsumları üzrə proqnoz cüzi, yəni cəmi 32 milyon manat və 2,5% artırılıb.