Bu gün Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsinin iclasında 2022-ci ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunub.
Eləcə də bax: Azərbaycanın builki dövlət büdcəsində 1,5 milyard manat - Qalıq Yaranacağı Gözlənilir
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, iclasda İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, parlamentin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsi, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və digər komitələrdə təmsil olunan deputatlar, o cümlədən bu il ilk dəfə Milli Məclis sədrinin təşəbbüsü ilə parlamentdə təmsil olunan bütün partiyaların, o cümlədən müxalifət partiyalarının sədrləri də iştirak ediblər.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.