2022-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $3 milyard 620,117 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur.
Rusiyada 1300 dollardan artıq pul köçürmələri üçün - BANK HESABI AÇILACAQ
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $2 milyard 969,44 milyon (artım 4,8%) və ya fiziki şəxslərin bütün köçürmələrinin 82%-i (2021-ci ildə xüsusi çəki 13,6%) Rusiyadan həyata keçirilib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($122,141 milyon, artım 13,3%), ABŞ ($155,342 milyon, artım 2,1 dəfə), Almaniya ($53,585 milyon, artım 2 dəfə) və Böyük Britaniya ($33,959 milyon, azalma 7,7%) daxildir.
AMB-nin məlumatına görə, 2022-ci ildə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 0,5% artaraq $664,798 milyona çatıb.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($173,894 milyon, azalma 4,2%) tutur. 2022-ci ildə Azərbaycandan bütün köçürmələrin 26,2%-i (2021-ci ildə 27,4%-i) Türkiyənin payına düşüb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə Gürcüstan ($59,322 milyon, azalma 24,6%), ABŞ ($136,824 milyon, artım 2,7 dəfə), RF ($90,439 milyon, azаlmа 22,9%) və Böyük Britaniya ($31,27 milyon, azalma 31,9%) daxildir.
2021-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 133,391 milyon (2020-ci illə müqayisədə artım 3,6%), Azərbaycandan köçürmələrin həcmi $661,512 milyon (artım 18,9%) təşkil edib. (İnterfaks-Azərbaycan)