2022-ci ildə Azərbaycan rezidentlərinin xaricdə birbaşa xarici investisiyaları $1 milyard 152,617 milyon təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 39,6% çoxdur.
Türkiyədə Azərbaycan şirkətlərinin məcmu - KAPİTALI ARTIB
FED.az-a bu barədə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, 2022-ci ildə Azərbaycan rezidentləri tərəfindən daha çox Türkiyə iqtisadiyyatına sərmayə yatırılıb - $246,587 milyon (2021-ci illə müqayisədə azalma 12,1%) və ya bu dövr ərzində bütün BXİ-nin 21,4%-ni (2021-ci ilin yekunları üzrə - 34% ) təşkil edir.
Həmçinin Azərbaycan rezidentlərinin BXİ həyata keçirdikləri TOP-5 ölkələrin sırasına daxildir: BƏƏ - $148,169 milyon (artım 20,4 dəfə), Avstraliya - $80,288 milyon (artım 95 dəfə), ABŞ - $77,977 milyon (аrtım 18,2%) və Böyük Britaniya - $68,303 milyon (azalma 1,8 dəfə).
2022-ci ildə Azərbaycan rezidentləri RF-yə BXİ-ni 21,6% - $15,457 milyonadək azaldıb və ya xaricdə bütün BXİ-nin 1,3%-ni (2021-ci ildə - 2,4%) təşkil edir. (İnterfaks-Azərbaycan)