2021-ci ilin yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 1 milyard 556,203 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 71% azdır.
Eləcə də bax: ADRNF-in bölüşdürülməmiş mənfəəti 42 milyard manata - YAXINLAŞIB
FED.az xəbər verir ki, bu barədə ARDNF-in PWC beynəlxalq audit şirkəti tərəfindən təsdiq edilmiş 2021-ci ilə dair maliyyə hesabatında deyilir.
Dərc edilmiş maliyyə hesabatına əsasən, ötən il fondun əməliyyat gəliri 1 milyard 568,011 milyon manat (azalma 70,6%) təşkil edib.
2021-ci ildə fondun məzənnə fərqindən gəlirləri 1 milyard 504,135 milyon manat məbləğində (artım 21%) olub.
ARDNF-in faiz gəlirləri 4,329 milyon manat (azalma на 93,3%), dividend gəlirləri 513,091 milyon manat (artım 50,5%), icarə gəlirləri 35,906 milyon manat (azalma 43,8%), qızıl külçələr üzrə zərəri 472,75 milyon manat (2020-ci ildə 2 milyard 59,788 milyon manat məbləğində gəlir) təşkil edib.
Hesabata əsasən, 2021-ci ildə fondun aktivləri manat ekvivalentində 3,4% - 76 milyard 917,411 milyon manatadək, cari aktivləri 3,5% - 73 milyard 910,573 milyon manatadək, uzunmüddətli aktivləri 1,6% - 3 milyard 6,838 milyon manatadək artıb.
Fondun öhdəlikləri 8,9% - 584,978 milyon manatadək azalıb.
2021-ci ildə ARDNF-in kapitalı 3,5% - 76 milyard 332,433 milyon manatadək artıb, o cümlədən kapital qoyuluşu 33 milyard 845,78 milyon manat (artım 4,1%), ümumi bölüşdürülməmiş mənfəəti 41 milyard 825,204 milyon manat (artım 3,9%) təşkil edib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. (İnterfaks-Azərbaycan)