2020-ci ildə Azərbaycanda ödəniş kartları ilə həyata keçirilmiş nağdsız əməliyyatların həcmi 6,4 milyard manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“2020-ci ildə ölkə üzrə nağdsız ödəniş göstəricilərində əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli artım müşahidə olunub. 2020-ci il üzrə elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin həcmi 95,7 milyard manat ($56,3 milyard), eyni zamanda ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi 6,4 milyard manat ($3,8 milyard) təşkil edərək tarixi maksimuma çatıb”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2020-ci ildə ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş əməliyyatların həcmi 2019-cu illə müqayisədə 26%, nağdsız əməliyyatların həcmi 34% artıb. (İnterfaks)