2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi 2019-cu illə müqayisədə 17,1% artıb, xaricə pul köçürmələri 29,1% artıb, köçürmələr üzrə müsbət saldo isə $537,5 milyon təşkil edib.
Eləcə də bax: Qonşu ölkələrdəki valyuta ucuzlaşmaları Azərbaycana - Necə Təsir Edir?
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
“2020-ci ildə Azərbaycana pul köçürmələri $1,1 milyard təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 1,7% çoxdur”, - AMB-dən bildirilir.
Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 29,1% - $556,5 milyona qədər artıb.
Beləliklə, Azərbaycana pul köçürmələrinin həcmi xaricə pul köçürmələrinin həcmini 97,7% üstələyib.
Nəticədə hesabat dövründə pul köçürmələri üzrə müsbət saldo 2020-ci il ərzində qeydə alınmış $503,1 milyona qarşı $537,5 milyon (artım 6,8%) təşkil edib. (İnterfaks)