Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxıla bilər.
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə daşınar əmlakın reyesterinin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət büdcəsinə yenidən baxılması bu ilin I rübünün yekunları əldə olunduqdan sonra ola bilər.
Qeyd edək ki, Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsi gəlirləri 20,127 milyard manat səviyyəsində qeyd edilib.
@trend