Hər biriniz son zamanlar Bitcoin kriptovalyutasının günü gündən ciddi dəyər qazandığını görürsünüz. Təbii ki, bu insanlarda xüsusilə bizim cəmiyyətdə böyük bir fikir ayrılığına gətirib çıxarır.
FED.az xəbər verir ki, çox insanlar bura ciddi investitsiya qoymağı məsləhət bilsələrdə böyük əksəriyyət insan bunun bir “BUM Effekti” olacağını, hər hansı bir dayağının olmaması səbəbi ilə çökəcəyini bildirirlər. Əvvala onu deyə bilərəm ki, Blokçeyn texnologiyası sadə dillə desək 25 il əvvəlin internet texnologiyasına bənzəyir. 1980-cı illərin sonu 90-cı illərin əvvəllərində internetin bu qədər genişlənəcəyi, sürətin getdikcə artıb qiymətin isə sərfləli olacağı, insanların ciddi sürətdə sosiallaşacağını desəydilər təbii ki, o dövrün insanları bunu bir xəyal kimi qiymətləndirəcəkdi. İndi isə blokçeyn texnologiyası məhz 20 il öncənin internetidir. İnternetdə təbii ki, heçbir dövlətə bağlı deyil, heç bir qurum idarə etmir amma milyardlarla insan burada var. Kriptovalyutalar isə son 9 ildə (2008-ci ildən) yaranmış bir elektron puldur.
Əsas yaxşı xüsusiyyətləri:
1) Yaranmasında heç bir dövlət idarə etmir
2) Emisyyası bəlli saydadır və artıq emisyya edilib yalançı infilasiyaya məruz qala bilməz.
3) Devalvasiyaya məruz qalmır
4) Digər kriptovalyutalara çox asanlıqla mübadilə edilir
5) Maliyyə şəffaflığı yaranır
Kriptovalyutalardan ən məhşuru təbii ki, BİTCOİN-dir. 2008-ci ildə 1 bitcoin= 0.001 dollara bərabər idisə indi hazırda 11 min dollara yaxınlaşmış bir rəqəmdədir. Yəni 2008-də 100 dollarlıq bitcoin alan insanın hazırda 1 milyard dollar sərvəti var. Təbii ki, kriptovalyutaların da mənfi xüsusiyyətləri var:
1) Yaradıcısı anonimdir( bilinmir)
2) İqtisadi dayağı yoxdur ( heç bir əmtəəyə əsaslanmır və heç bir dövlət tənzimləmir)
3) Birjalarda çox vaxt BUM effekti yaranır
Ən əsas mənfi xüsusiyyəti iqtisadi dayağının olmamağındadır yəni sabah aclıq olsun və mənim 20 min bitcoinim olsun bununla heçnə almırsamsa nəyimə lazım olacaq?!
Ən əsas maraqlı xüsusiyyət gələcəklə bağlıdır. Kriptovalyutalar heç bir devalvasiya, infilasiyaya məruz qalmır. İqtisadiyyatın ən məhşur qaydasına görə infilasiya olmasa heçbir əmtəəni istehsal etməyə maraq olmaz. Yəni bir əmtəənin qiyməti hər il 100 azn olursa infilasiya olmursa sahibkarın nəyinə gərək gəliri artmayandan sonra nəyisə istehsal etsin? Gələcək bunun üzərində qurulacaqsa bunun necə olacağı hələki hərkəsə qaranlıqdır. Bir anlıq təsəvvür edin iqtisadiyyatda infilasiya yoxdur, devalvasiya olmur bu da faktiki ixraca mane olur, hamıda kriptovalyuta var, vergi yoxdur belə olan halda dövlətə ehtiyac qalmayacaq? Sualdan sual çıxan bu məqaləni burada bitirirəm. Ümidvaram ki, azda olsa sizi bu barədə məlumatlandıra bildim.
Bizplus.az