2000 manatdan yuxarı çeklərə ƏDV niyə geri qaytarılmır? - ŞİKAYƏT
14:0030 Noy 2020
Azərbaycanda 2000 manatdan yuxarı alqı-satqı üzrə əlavə dəyər vergisinin (ƏDV) ödənilməsində problem yaranıb. FED.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə vətəndaşların şikayətləri artıb. Məsələn, Eltun Müstəcəbov adlı vətəndaş bildirir ki, artıq ikinci dəfədir ki, ona ödənilməli olan böyük məbləğdə ƏDV ləğv edilib. Sonuncu dəfə oktyabrın 1-də 3654 manatlıq alış-veriş edib və ona ödənilməli olan 83 manatlıq ƏDV ləğv edilib. (MediaPost)