2021-ci ilin Dekabr ayında Mərkəzi Bankda keçirilmiş 9 valyuta hərracında banklara 989,2 milyon ABŞ dolları satılıb.
Eləcə də bax: Hərracda daha böyük məbləğdə - VALYUTA SATILDI
FED.az xəbər verir ki, bu, noyabr ayındakı satışdan 135,3 milyon dollar və ya 15,8% çoxdur.
2021-ci ilin noyabr ayında Mərkəzi Bankda keçirilmiş 9 valyuta hərracında 853,9 milyon dollar məbləğində valyuta satılıb.
Son hərraclarda tələb və satış 100 milyon dollardan yüksək olur. Məsələn, satış 30 dekabr 2021-ci il tarixində keçirilmiş hərracda 140,3 milyon ABŞ dolları, 28 dekabr 2021-ci il tarixində keçirilmiş hərracda 120,9 milyon ABŞ dolları, 23 dekabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında isə 130,9 milyon ABŞ dolları təşkil edib.
Noyabr və Dekabr aylarında keçirilmiş valyuta hərraclarında cəmi satış 1 milyard 843,1 milyon dollar təşkil edib.
2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 97 valyuta hərracında banklara 6 milyard 690,52 milyon dollar satılıb.
Qeyd edək ki, xarici valyuta (ABŞ dolları) valyuta hərraclarında Dövlət Neft Fondu tərəfindən satılır, kommersiya bankları tərəfindən isə alınır. (Marja)