Maliyyə Nazirliyi ilə ARPA-nın birgə iclası keçiriləcək
İyun ayının 14-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə iclası keçiriləcək.
Bu bardə FED.az saytına ARPA-nın icraçı direktoru ƏIli Bayramov məlumat verib. Ə.Bayramovun sözlərinə görə, Maliyyə Nazirliyi ilə birgə keçiriləcək iclasda "Mühasibat uçotu haqqında" qanuna edilən dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.
Tədbirdə iri dövlət müəssisələri, audit şirkətləri və korporativ sektorun qabaqcıl şirkətləri iştirak edəcək.
Qeyd edək ki, tədbir 14 iyun tarixində saat 11:00-da ARPA-nın baş ofisində (İstiqlaliyyət küçəsi 31C) keçiriləcək.
14 iyunda Maliyyə Nazirliyi ilə ARPA-nın birgə iclası keçiriləcək
15:50
12 İyun 2018