Azərbaycan banklarının filialları və ATM sayında son bir ayda artım göstəriciləri açıqlanıb.
Eləcə də bax: Bank sektorunun vəziyyəti açıqlandı - GÖSTƏRİCİLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, illik müqayisədə son bir ildə 26 yeni bank filialı açılıb, 13 bank şöbəsi bağlanıb. ATM-lərin sayı isə 236 ədəd artıb.
Avqust ayında ölkədə yeni 1 bank filialı və bank şöbəsi açılıb, ATM-lərin sayı isə 2 824-dən 2 844-ə qalxıb. Belə ki, bir ayda ATM-lərin sayı 20 ədəd artıb.