Ötən il “AtaBank”ın tərkibindən çıxdığı “AtaHolding” MMC 2017-ci ili 123 milyon 597 min manat xalis mənfəətlə başa vurub. Halbuki holdinq, 2016-cı ildə 68 milyon 332 min manat zərər açıqlamışdı.
FED.az holdinqin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı ildə 83 milyon 400 min manat təşkil etmiş gəlirlər, 2017-ci ildə 23 milyon 847 min manata düşüb. 23 milyon 847 min manata qarşı satışın maya dəyəri 4 milyon 574 min manat təşkil etdiyindən ümumi mənfəət 19 milyon 272 min manat təşkil edib. Lakin asılı müəssisələrin mənfəətindəki pay üzrə 119 milyon 390 min manatlıq gəlir və 30 milyon 452 min manatlıq maliyyə gəliri əməliyyat gəlirinin artmasını təmin edib.
“AtaHoldinq”in cəmi aktivləri 2016-cı ilin sonundakı 435 milyon 78 min manatdan 2017-ci ilin sonunda 99 milyon 921 min manata düşüb. Səbəb ötən il “AtaBank”ın “Synergy Group”un tərkibinə keçməsilə əlaqədar olaraq müştərilərə verilmiş 410 milyon 234 min manat kreditlərin bu ilin balansında əks olunmamasıdır.