Kollegiyanın sədri 2025-ci ilin dövlət büdcəsinin 11 aylıq icrasını da müsbət qiymətləndirib və qeyd edib ki, yanvar-noyabr aylarında icmal və dövlət büdcələrinin gəlirləri proqnozu üstələyib.
Azərbaycanın tədiyyə balansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
FED.az xəbər veri ki, bunu Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Maliyyə naziri Sahil Babayev bildirirb.
Belə ki, icmal büdcənin gəlirləri 11 aylıq proqnoza qarşı 2 milyard 526 milyon manat və ya 6,1 faiz çox icra olunub. Eyni dövrdə dövlət büdcəsinin gəlirləri də proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib. İcmal və dövlət büdcələrinin xərcləri isə müvafiq olaraq 36 milyard 784,3 milyon manat və 31 milyard 414,7 milyon manat səviyyəsində icra edilib.
Qeyd olunub ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlirlərin cəlb edilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi və Mərkəzi Bank ilə imzalanmış razılaşmaya əsasən ABŞ dolları ilə müxbir hesabın qalığına faiz gəlirinin hesablanması təmin edilib. Nəticədə aprel–dekabr aylarında kommersiya banklarında yerləşdirilmiş depozitlər üzrə 98,6 milyon manat, Mərkəzi Bankdakı ABŞ dolları ilə müxbir hesabın qalığı üzrə isə 20,8 milyon manat olmaqla, ümumilikdə 119,4 milyon manat əlavə gəlir dövlət büdcəsinə köçürülüb.










