Misir funtu ucuzlaşmaqda davam edir.
Misir milli valyutasının dollara bağlanmasından - İMTİNA EDƏCƏK
FED.az xəbər verir ki, 1 dollar 32 Misir funtuna çataraq rekord qırıb.
Tarixində ilk dəfə bir ABŞ dolları 32 misir funtu səviyyəsinə çatıb.
Dekabrda Misirdə illik inflyasiya 21,9% təşkil edib ki, bu da 2017-ci ildən bəri ilk dəfə rekord göstəricidir.
Ötən ilin əvvəlindən Misir Mərkəzi Bankı Misir funtunun sərbəst şəkildə "üzməsinə" icazə verib. Mərkəzi Bank hesab edir ki, bu, yerli istehsalın və ixracın artmasına, idxal mallarına isə marağın azalmasına səbəb olur. Məzənnə sərbəst buraxıldıqdan sonra Misir Fundu ucuzlaşır. Martdan indiyədək Misir funtu 2 dəfəyə yaxın dəyər itirib.